RU

10 aylıq diskvalifikasiya edilmiş futbolçu ölkəsinə qayıtmağı planlaşdırır

İtaliyalı yarımmüdafiəçi Sandro Tonali mərc oynadığı üçün 10 aylıq qadağanı başa vurduqdan sonra ölkəsinə qayıtmaq istəyir.

Sportal.az “The Sun”a istinadən xəbər verir ki, Tonali “Nyukasl”dakı durumundan narazıdır və ona görə İngiltərəni tərk etməyi planlaşdırır. 

Bu mövsüm Tonali Premyer Liqada 13 oyun keçirib və bir qol da vurmayıb.

Qeyd olunur ki, 2023-cü ildə 70 milyon avroya “Milan”dan "Nyukasl"a keçən futbolçu ilə "Milan", "İnter" və "Yuventus" maraqlanır.

Tonalinin maaşı 9 milyon avrodur. 

 

saytlarin hazirlanmasi

Избранный
55
sportal.az

1Источники