RU

ABŞ bu ölkəyə sanksiya tətbiq etdi - yanvarın 1-dən...

ABŞ Serbiyanın əsas qaz təchizatçısına qarşı sanksiyalar tətbiq etməyi planlaşdırır.

Musavat.com Associated Press-ə istinadən xəbər verir ki, bunu Serbiya prezidenti Aleksandar Vuçiç dövlət telekanalı RTS-də açıqlayıb.

Onun sözlərinə görə, Serbiyaya sanksiya qərarının yanvarın 1-dən qüvvəyə minəcəyi barədə rəsmi məlumat verilib, lakin o, hələlik ABŞ-dən heç bir müvafiq sənəd almayıb.

ABŞ rəsmiləri məsələ ilə bağlı şərh verməyiblər.

Serbiya demək olar ki, tamamilə Rusiya qazından asılıdır və onu qonşu dövlətlərdən boru kəmərləri vasitəsilə alır. Associated Press yazır ki, qazpaylayıcı şəbəkə dövlət inhisarçısı "Qazprom Neft"ə məxsus olan Petroleum Industry of Serbia-nın (NIS) mülkiyyətindədir.

Vuçiç bildirib ki, rəsmi sənədləri aldıqdan sonra “əvvəlcə amerikalılarla, sonra isə ruslarla danışaca” və qərarı ləğv etdirməyə çalışacaqlar: “Biz həm ruslarla dostluq münasibətlərimizi qoruyub saxlamağa, həm də sanksiyalar tətbiq edənlərlə münasibətləri korlamamağa çalışacağıq”.

Musavat.com

Избранный
6
8
musavat.com

10Источники