RU

ABŞ Serbiya şirkətinə sanksiya tətbiq edir: Azərbaycandan qaz ala bilməyəcək?

ABŞ Serbiyanın əsas qaz təchizatçısına qarşı sanksiyalar tətbiq etməyi planlaşdırır.

Musavat.com "Associated Press"ə istinadən xəbər verir ki, bunu Serbiya prezidenti Aleksandar Vuçiç dövlət telekanalı RTS-də açıqlayıb.

Onun sözlərinə görə, Serbiyaya sanksiya qərarının yanvarın 1-dən qüvvəyə minəcəyi barədə rəsmi məlumat verilib, lakin o, hələlik ABŞ-dan heç bir müvafiq sənəd almayıb.

ABŞ rəsmilər məsələ ilə bağlı şərh verməyiblər.

Serbiya demək olar ki, tamamilə Rusiya qazından asılıdır və onu qonşu dövlətlərdən boru kəmərləri vasitəsilə alır.

"Associated Press" yazır ki, qazpaylayıcı şəbəkə dövlət inhisarçısı "Qazprom Neft"ə məxsus olan "Petroleum Industry of Serbia"nın (NIS) mülkiyyətindədir.

Vuçiç bildirib ki, rəsmi sənədləri aldıqdan sonra “əvvəlcə amerikalılarla, sonra isə ruslarla danışacaq” və qərarı ləğv etdirməyə çalışacaqlar:

“Biz həm ruslarla dostluq münasibətlərimizi qoruyub saxlamağa, həm də sanksiyalar tətbiq edənlərlə münasibətləri korlamamağa çalışacağıq”.

Qeyd edək ki, bu ildən etibarən Azərbaycan da Serbiyaya qaz ixracına başlayıb. Sentyabr ayında əldə olunan razılaşmaya əsasən Serbiyaya ildə 1 milyard kubmetr Azərbaycan qazı çatdırılmalıdır ki, bu da ölkənin tələbatının üçdə birini təşkil edir.

Sentyabrın sonunadək Serbiyaya 30 milyon kubmetrdən yuxarı qaz çatdırılıb. ABŞ-ın paylayıcı şəbəkə şirkətinə sanksiya tətbiq etməsi Serbiyanın Azərbaycan qazını almasına da mane olacaq.


Musavat.com

Избранный
9
8
musavat.com

10Источники