RU

"Mahirə dedim ki..." - Miroslav Kloze

Almaniya 2-ci Bundesliqa təmsilçisi “Nürnberq”in baş məşqçisi Miroslav Kloze komandasının azərbaycanlı futbolçusu Mahir Emrelidən danışıb.

O, fikirlərini  “Bild” nəşrinə bölüşüb:

“Mahirə kompakt oynamağın vacibliyini izah etdim, daha intensiv məşqlərə ehtiyacı olduğunu söylədim. O, hər şeyi başa düşür. Mən çox müsbət cəhətlər görürəm, lakin bu o demək deyil ki, bazar günkü matçda (“Köln”lə oyunda - red.) hər şey düzələcək.

Kloze Emrelinin meydanda tez-tez texniki bacarıqlarını nümayiş etdirməsinə ehtiyac duymadığını bildirib: “Ona dedim ki, mənim üçün xüsusi nəsə etməyə ehtiyac yoxdur. Sadəcə, effektli olmasını istədim. Çünki əhvalın pisdirsə və az qaçırsansa, o zaman bu fəndlərin heç bir faydası olmayacaq. Oyuna qayıtmağın yeganə yolu intensivlik və hərəkətlilikdir”. 

Xatırladaq ki, Azərbaycan millisinin forvardı bu mövsüm “Nürnberq” forması ilə bütün turnirlərdə 11 oyuna çıxıb. Bu qarşılaşmalarda 4 qol vuran Mahir 1 məhsuldar ötürmə ilə də yadda qalıb. (fanat.az)

Избранный
14
3
musavat.com

5Источники