Bu gün Azərbaycan Basketbol Liqasında (ABL) 2024/2025-ci illər mövsümünün 6-cı turunun növbəti oyunu keçirilib.
Arena.az xəbər verir ki, günün yeganə oyunu B qrupu çərçivəsində baş tutub.
“Gəncə” öz meydanında “Lənkəran”ı sınağa çəkib. Meydan sahibləri inamlı qələbə qazanıblar. Onlar 94:66 hesabı ilə qalib gəliblər.
Xatırladaq ki, daha öncə “Naxçıvan” “Neftçi”ni 83:72, “Sabah” “Sərhədçi”ni 67:64, “Ordu” “Sumqayıt”ı 115:81, “Abşeron” NTD-ni 89:75 hesabı ilə məğlub edib. Tura sabah keçiriləcək “Quba” – “Şəki” görüşü ilə yekun vurulacaq.
Azərbaycan Basketbol Liqası
B qrupu, 6-cı tur
14 dekabr
“Gəncə” – “Lənkəran” 94:66 (26:8, 22:25, 20:17, 26:16)
Gəncə İdman Sarayı.
Xalllar: Gəncə – 11. Ordu – 10. Şəki – 8. Lənkəran – 8. Quba – 7. Sumqayıt – 6.
Qeyd edək ki, cari mövsümün reqlamentə əsasən, çempionatın oyunları dörd dövrəli 20 turdan ibarət sistem üzrə keçiriləcək. Müntəzəm mövsümdə A qrupunu ilk 3 sırada tamamlamış klublarla B qrupunu lider bitirmiş komanda pley-offun 1/4 final mərhələsinə vəsiqə qazanacaqlar. A və B qruplarında digər yerləri tutmuş komandalar isə pley-offun 1/8 final mərhələsində üz-üzə gələcəklər. 1/8 finalda ən tez iki qələbə qazanmış klublar 1/4 finala vəsiqə qazanacaqlar. Həm 1/4 final, həm də yarımfinal seriyaları 2 qələbəyə qədər davam edəcək. Final seriyasında isə ən tez 4 qələbə qazanmış komanda Azərbaycan Basketbol Liqasının çempionu olacaq.
Klubların pley-off mərhələsində göstərdikləri uğurlu və ya uğursuz nəticələrə əsasən, növbəti mövsümdən hansı klubların A qrupunda, hansı klubların isə B qrupunda iştirak edəcəyi müəyyənləşəcək.