Suriyanın zindanlarında 18 il: “Ətimiz qopur, dərimiz soyulurdu”.
İNFOAZ.WS NTV-yə istinadən xəbər verir ki, Əsəd rejiminin həbsxanalarında 18 il qalan livanlı Müaz Mərab işgəncənin dəhşətlərini danışıb:
“Bizə işgəncə vermək üçün istifadə etdikləri vasitələrdən biri də elektrik kabelləri idi və hər zərbədə ətimiz qopurdu.”
Həmçinin, işgəncə zamanı dərilərinin soyulduğunu bildirən Mərab qeyd edib ki, insanın əllərini və ayaqlarını bağlayıb təkərin içinə sıxışdırırdılar, sonra da döyürdülər. Mərab, ittihamları qəbul etməyənlərin barmaqlarının kəsildiyini qeyd edib.
Fatimə Məmmədova