RU

12 il sonra Dəməşqdə Türkiyə səfirliyi fəaliyyətə başladı

Türkiyənin Dəməşqdəki səfirliyi 12 il 9 aydan sonra yenidən açılıb.

Turkustan.az xəbər verir ki, Dəməşqdə Türkiyə bayrağı qaldırılıb. Siyasətçilərdən Dəməşq səfirliyinə bir-birinin ardınca mesajlar gəlib.
Suriyanın paytaxtı Dəməşqdə diplomatik nümayəndəliklərin yerləşdiyi Ravda Meyda yaxınlığında yerləşən Türkiyə səfirliyi 12 ildən sonra bu gün fəaliyyətə başlayıb.
Prezident Ərdoğan açıqlamasında bildirib ki: "Bu gün Dəməşq səfirliyimizi istifadəyə veririk. Bu səfirliyimiz 12 ildən sonra açılır. Biz hər zaman Suriya xalqının yanında olacağıq".

Dəməşq səfirliyinin müvəqqəti işlər vəkili vəzifəsinə təyin edilən Burhan Köroğlu və komandası bu gün Dəməşqə gəlib.

Dəməşq səfirliyinin açılacağını eşidən bəzi suriyalılar da səfirliyə axın edib.

Bildirək ki, Türkiyənin Dəməşq səfirliyi Bəşər Əsəd rejiminin nümayişçilərə qarşı zorakılıq tətbiq etdiyi dövrdə bir müddət xidmət etdikdən sonra 26 mart 2012-ci ildə fəaliyyətini dayandırmışdı.

Suriyanın İstanbuldakı baş konsulluğu isə fəaliyyətini davam etdirib.

Aytən Yaşar/ Turkustan.az

Избранный
29
turkustan.az

1Источники