RU

Tramp ABŞ-də yay vaxtına keçidi ləğv etmək niyyətindədir

1 iyul 2024-cü ildən etibarən Oxu.az mobil tətbiqinin köhnə versiyasına dəstək dayandırılacaq - yenilənmiş versiyanı endirmək üçün Google Play və ya AppStore-a keçməyiniz xahiş olunur.



ABŞ-nin yeni seçilmiş Prezidenti Donald Tramp ölkədə yay vaxtına keçidi ləğv etmək niyyətində olduğunu açıqlayıb.
O bu barədə "Truth Social" sosial şəbəkəsində məlumat verib və qeyd edib ki, Respublikaçılar Partiyası bu məsələ ilə bağlı fəal işləyəcək.
D.Trampın sözlərinə görə, yay vaxtına keçid faydadan daha çox narahatlıq və xərc gətirir.
"Yay vaxtı ölkəmiz üçün əlverişsiz və çox baha başa gəlir", - deyə Donald Tramp qeyd edib.
ABŞ-də mövsümi vaxt dəyişikliyi, Avropada olduğu kimi, yazda saatların bir saat irəli, payızda isə bir saat geri çəkilməsini nəzərdə tutur.
Избранный
77
50
oxu.az

10Источники