RU

Əsgərlik yaşının azaldılmasının səbəbi AÇIQLANDI

Çağırış yaşının 30-a endirilməsi təklifi yaxşı xəbərdir. Bunun bir neçə səbəbi var. Bu o deməkdir ki, Azərbaycan yarı-peşəkar - Türkiyə ordu modelinə keçir, proses bitmək üzrədir, ərazi bütövlüyümüz də tam bərpa edilib, daha çoxsaylı orduya ehtiyac yoxdur.

"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, bu fikirləri ReAL partiyasının sədri, iqtisadçı Natiq Cəfərli deyib.

Onun sözlərinə görə, bu, əsgər sayının azaldılması məqsədi ilə atılan addımdır:

“Dron və yeni silahlar çağırışçı əsgər sayının azaldılmasına xidmət edir. Sülh müqaviləsi də qapıdadır. Çox güman ki, ödənişli əsgərlik məsələsi də gündəmə gələcək. Qardaş Türkiyə ilə imzalanmış Şuşa Bəyannaməsi NATO-nun 5-ci maddəsi kimidir, hətta ondan da güclüdür; NATO-nun 5-ci maddəsi deyir ki, üzv ölkələrə hücum olsa, birgə qorunmaq və cavab üçün müzakirələr başlayır (qərar dərhal verilmir). Şuşa sənədinə görə isə Türkiyəyə hücum olsa Azərbaycan, Azərbaycana təhlükə olsa Türkiyə dərhal müdafiə üçün hərəkətə keçir”.

Qeyd edək ki, Azərbaycanda həqiqi hərbi xidmətə çağırış yaşının 30-a endirilməsi ilə bağlı qanun layihəsi MM-də müzakirəyə çıxarılıb.

Избранный
17
8
operativmm.az

10Источники