RU

"Dosa Mall" işçi axtarır - VAKANSİYA

Dosa Mall

Biznesin inkişafı üzrə menecer

Son tarix 12 yan 2025 - [email protected]

İş yeri: Azərbaycan, Lənkəran şəhəri

İş haqqında:

  • Şirkətin ümumi satışlarının ölçülə bilən şəkildə artırılması
  • Davam edən işlərin həcminin artırılması və yeni işlərin cəlb olunması
  • Şirkətin inkişafı üçün yeni ideyaların verilməsi
  • Şirkətin profili üzrə bazar araşdırmasının aparılması
  • Göndərilmiş təkliflərin sıx şəkildə izləniməsi və həyata keçməsi üçün tələb olunan addımların vaxtında   atılmasının təşkili;
  • Reklam və marketinq işlərin tərtibi və tətbiqi
  • Rəsmi orqanlara təqdim etmək üçün yeni prosedurun qeydiyyatı / təkrar qeydiyyat / İşgüzar danışıqların aparılması vaxtı-vaxtında istiqamətləndirilməsi və cavablandırılması;
  • Şirkətin əlaqələrini genişləndirmək məqsədilə tərəfdaşlarla görüşlərin keçirilməsi və danışıqların aparılması;
  • Şirkətin biznesin inkişafı strategiyasının işlənib hazırlanması, strateji və operativ biznes planlarının hazırlanması
  • Biznes proseslərinin təkmilləşdirilməsi
  • Görülmüş işlərin nəticələrinin təhlili və qiymətləndirilməsi
  • Dövrü hesabatların hazırlanması və təhlili
  • Əmək funksiyaları çərçivəsində rəhbərlik tərəfindən verilən digər tapşırıqların icra edilməsi

Tələb olunan keyfiyyətlər:

  • Biznesin idarə edilməsi, iqtisadiyyat, idarəetmə və ya oxşar sahə üzrə ali təhsil
  • Biznes ideyasının yaradılması, inkişafı və iş təhlili sahəsində tətbiqi
  • Layihələrin idarə edilməsi sahəsində təcrübə 
  • Səlis danışıq bacarığl
  • MS Office (Excel, Word, PowerPoint) proqramlarını yaxşı səviyyədə bilmək

Bacarıqlar:

  • Kommunikasiya və ünsiyyət bacarıqları
  • Analitik yanaşma və təhlil
  • Problem həll etmə bacarıqları
  • Təqdimat bacarıqları
  • Vaxt idarəetmə bacarıqları

Şərtlər:

  • Əmək haqqı namizədlə görüş zamanı müəyyənləşdiriləcək.
  • Bakıdan olan namizədlər yaşayış yeri ilə təmin olunacaq.

Göstərilən tələblərə cavab verən namizədlərdən CV-lərini mövzu yerinə “Biznesin inkişafı üzrə menecer” yazaraq elektron poçt ünvanına göndərmələri və yaxud  010-253-0748 əlaqə nömrəsinə zəng etməsi xahiş olunur.

Yalnız tələblərə cavab verən namizədlər müsahibəyə dəvət olunacaqdır.

Избранный
35
fed.az

1Источники