RU

Türkiyənin Suriyadakı səfirliyi 12 ildən sonra fəaliyyətini bərpa etdi - VİDEO

Türkiyənin Suriyadakı səfirliyi 12 il 9 aya yaxın müddətdən sonra rəsmən fəaliyyətini bərpa edib.

Korrespondent.az bildirir ki, bu barədə Türkiyə mediası məlumat yayıb.

Qeyd olunub ki, Türkiyənin Dəməşqdəki səfirliyin müvəqqəti işlər vəkili Burhan Koroğlu və heyətinin gəlişi ilə bu gün səfirlik rəsmən açılıb.

Qeyd edək ki, Türkiyənin Dəməşqdəki səfirliyi Suriyada baş verən hadisələrlə bağlı 26 mart 2012-ci il tarixində fəaliyyətini dayandırmışdı. Səfirlik əməkdaşları və onların ailə üzvləri də bu qərarla Türkiyəyə qayıtmışdılar.

Suriyanın İstanbuldakı Baş Konsulluğu isə fəaliyyətini davam etdirirdi.

Избранный
3
2
korrespondent.az

10Источники