RU

Məktəb-liseyin 95 illik yubileyi qeyd olunub

Bakı şəhəri 49 nömrəli “İntellekt” məktəb-liseyinin 95 illik yubileyi qeyd edilib.

Bakı Şəhəri üzrə Təhsil İdarəsindən TƏHSİL.BİZ -ə  bildirilib ki, tədbirdə məktəb-liseyin direktoru Elza Bağırzadə təhsil müəssisəsinin yaranma tarixi, keçdiyi inkişaf yolu barədə məlumat verib.

BŞTİ-nin müdir müavini Anar Qədiməliyev zəngin tarixi, pedaqoji ənənələri ilə fərqlənən tədris ocağının kollektivini yubiley münasibətilə təbrik edib. Müdir müavini 95 illik tarixi olan təhsil müəssisəsinin bundan sonra da müstəqil Azərbaycanın layiqli vətəndaşlarını yetişdirmək işinə töhfə verəcəyinə əminliyini bildirib.

Tədbirdə Səbail Rayon İcra Hakimiyyəti başçısının müavini Kəmalə Həşimova, Bakı Şəhər İcra Hakimiyyəti başçısı Aparatının İctimai-siyasi, humanitar məsələlər və dini qurumlarla iş şöbəsinin müdiri Elmin İmanov, təhsil müəssisəsinin sabiq direktorları, müxtəlif sahələrdə çalışan məzunları və məktəb-liseyin adını daşıdığı şəhid Rəfail Hüseynovun atası Maarif Hüseynov çıxış ediblər.

Təhsil müəssisəsinin məzunları bu gün həyatda tutduqları mövqeyə, qazandıqları nailiyyətlərə görə doğma məktəblərinə, sevimli müəllimlərinə borclu olduqlarını bildirib, məktəblə bağlı unudulmaz xatirələrini bölüşüblər.

Daha sonra təhsil müəssisəsinin tarixi və məzunlarının uğurlarından bəhs edən videoçarx təqdim olunub, şagirdlərin ifasında ədəbi-bədii kompozisiyalar nümayiş etdirilib.

 

Избранный
2
4
tehsil.biz

5Источники