RU

Afrikanın 3 dövləti Fransanın təsir dairəsində hesab etdiyi təşkilatı tərk edir

Mali, Burkina-Faso və Niger Qərbi Afrika Dövlətləri İqtisadi Birliyini (ECOWAS) tərk etmək barədə qərarlarının qəti olmasını bir daha təsdiq ediblər. Onlar təşkilatdan çıxış mexanizmləri barədə razılığa gəlmək məqsədilə müzakirələri davam etdirmək niyyətində olduqlarını bildiriblər.

AZƏRTAC Niger informasiya agentliyinə istinadla xəbər verir ki, bu açıqlama Nigeriyanın paytaxtı Abuca şəhərində keçiriləcək ECOWAS Sammitindən iki gün qabaq Niamey şəhərində keçirilən üç ölkənin xarici işlər nazirlərinin görüşü zamanı verilib.

Görüşdə region daxilində insanların və malların sərbəst hərəkətinin asanlaşdırılmasının əhəmiyyəti vurğulanıb. Həmçinin, terrorizmə qarşı mübarizədə müdafiə və təhlükəsizlik qüvvələrinin koordinasiyası sahəsində əldə edilən irəliləyiş məmnuniyyətlə qarşılanıb.

Qeyd edilməlidir ki, bu ilin yanvar ayında adıçəkilən üç dövlət Sahel Dövlətləri Alyansı çərçivəsində birləşdiklərini və ECOWAS-ı tərk edəcəklərini elan ediblər. Onlar ECOWAS-ı keçmiş müstəmləkəçi Fransanın istifadə etdiyi alət hesab edirlər.

ECOWAS isə bu ölkələrin öz qərarlarından imtina edəcəklərinə ümid etdiyini bəyan edib.

Избранный
6
4
yeniazerbaycan.com

5Источники