RU

Zelenski: "Rusiya ordusu Şimali Koreya əsgərlərindən istifadə etməyə başlayıb"

1 iyul 2024-cü ildən etibarən Oxu.az mobil tətbiqinin köhnə versiyasına dəstək dayandırılacaq - yenilənmiş versiyanı endirmək üçün Google Play və ya AppStore-a keçməyiniz xahiş olunur.



"Ruslar hücumlarda Şimali Koreya əsgərlərindən istifadə etməyə başlayıblar".
Oxu.Az RBC-Ukraynaya istinadən xəbər verir ki, bu barədə Ukrayna Prezidenti Volodimir Zelenski bildirib.
"Bu gün rusların Şimali Koreya əsgərlərindən hücumlarda istifadə etməyə başladığına dair ilkin sübutlar var. Nəzərəçarpacaq sayda asiyalı hərbi birləşmələrə daxil edilir və Kursk bölgəsində əməliyyatlarda istifadə edilir", - Zelenski deyib.
O, izah edib ki, indiyədək koreyalı hərbçilər yalnız bu istiqamətdə görünüb, lakin Ukraynada cəbhənin digər sektorlarında da onlardan istifadənin mümkünlüyü barədə məlumatlar var.
"Əslində, Moskva bu müharibəyə başqa bir dövləti cəlb edib", - Ukrayna rəhbəri əlavə edib.
Xatırladaq ki, oktyabrın əvvəlində Şimali Koreyadan olan əsgərlərin Rusiyaya gəldiyi məlum olub. Onlar döyüşlərin getdiyi Kursk vilayətinə göndərilib.
Избранный
29
50
oxu.az

10Источники