RU

Şagirdlər “Ekoloji Sahibkarlıq” mövzusunda keçirilən Hakatonda innovativ layihələr hazırlayır

13-14 dekabr tarixlərində “Yaşıl dünya naminə həmrəylik ili” çərçivəsində STEAM İnnovasiya Mərkəzində “Ekoloji Sahibkarlıq” mövzusunda keçirilən Hakaton davam edir.

“İnnovativ məktəb” layihəsi çərçivəsində təşkil edilən Hakatonda ölkə üzrə 12 məktəbdən 50-ə yaxın şagird iştirak edir. Şagirdlər Hakatonun birinci günü layihələri hazırlayacaqları “Makey Makey” avadanlıq dəsti və “Scratch” proqramı ilə tanış olub və ilkin ideyalarını paylaşıb.

Hakatonun ikinci günü şagirdlər müxtəlif ləvazimatlar və 3D printerlər vasitəsilə onlara təqdim edilmiş ekoloji problemləri həll edəcək layihələri və məhsul prototiplərini hazırlayırlar. Şagirdlərin hazırladıqları layihələr orijinallıq, yaradıcılıq, problem həlletmə, təqdimat bacarıqları kimi kriteriyalar əsasında qiymətləndiriləcək və ilk üç yeri tutan komandalar mükafatlandırılacaq.

Qeyd edək ki, artıq üç ildir davam edən “İnnovativ məktəb” layihəsinin əsas məqsədi şagirdləri gələcək həyatlarında qarşılaşacaqları çətinlikləri həll etmək üçün lazım olan XXI əsr bacarıqları ilə təmin etməkdir. Layihə hal-hazırda ölkə üzrə 12 məktəbdə həyata keçirilir. Layihə çərçivəsində 100-dən çox təhsil işçisi təhsildə liderlik və sahibkarlıq bacarıqları mövzusunda təlimlərə cəlb edilib.

 

Избранный
33
tehsil.biz

1Источники