RU

Astara terminalı yükaşırmanı 4 milyon tona çatdıracaq

2025-ci ildə Şimal – Cənub ilə yanaşı, Cənub – Şimal istiqamətində də yük daşımaları planlaşdırılıb. Bu barədə jurnalistlərə “Azərbaycan Dəmir Yolları” Qapalı Səhmdar Cəmiyyətinin sədri Rövşən Rüstəmov məlumat verib.

Onun sözlərinə görə, “Azərbaycan Dəmir Yolları”nın nümayəndələri “Şimal – Cənub” Beynəlxalq Nəqliyyat Dəhlizi ilə bağlı Rusiya və İran dəmir yolu idarələri ilə görüşlərdə müntəzəm iştirak edir. Gələn həftə İran dəmir yollarının rəhbəri ilə görüşün planlaşdırıldığını bildirən R. Rüstəm deyib ki, ötən ay qəbul edilmiş fəaliyyət planına uyğun olaraq gələn il Astara terminalının inşası tam yekunlaşdırılacaq. Bu da Azərbaycanın dəmir yolları ilə yükaşırma qabiliyyətinin 4 milyon tona çatdırılmasına imkan yaradacaq.

Qeyd edək ki, 5,5 hektar ərazidə yerləşən terminalda gömrük məntəqəsi yaradılıb. Yeri gəlmişkən, Astara terminalının istifadəyə verilməsi Pakistanla Azərbaycan və Rusiya arasında ticarət əlaqələrinin inkişafına da imkan yaradacaq.

Избранный
8
5
xalqqazeti.az

10Источники