RU

Dəhşətli hadisə: Restoranda 12 nəfərin meyiti tapılıb

Qudauri kurort zonasında hind restoranının ikinci mərtəbəsində eyni müəssisədə işləyən 12 nəfərin cəsədi yataq otağında tapılıb.

24News.ge xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyi məlumat yayıb.

Məlumata əsasən, ölən 12 nəfərdən 11-i xarici ölkə, biri isə Gürcüstan vətəndaşıdır.

Bildirilir ki, cəsədlərdə heç bir zorakılıq əlamətləri aşkar olunmayıb.

İstintaqın ilkin məlumatlarına görə, obyektin enerji təchizatı dayandırıldıqdan sonra qapalı məkanda generator işə salınıb.

Faktla bağlı istintaq hərəkətləri həyata keçirilir, müvafiq müayinələr təyin edilir. Ölümün dəqiq səbəbini müəyyən etmək üçün məhkəmə-tibbi ekspertizası təyin edilib.
Избранный
36
sherg.az

1Источники