Gürcüstanın Qudauri munisipalitetində hind restoranında 12 nəfərin meyiti tapılıb.Manset.az Trend-ə istinadən xəbər verir ki, bu barədə ölkənin Daxili İşlər Nazirliyindən bildirilib. Ölənlər arasında Gürcüstanın bir vətəndaşı və 11 əcnəbi var.
Ehtimala görə, ölümlərin səbəbi dəm qazından zəhərlənmədir.