RU

Qərbi Azərbaycan Xronikası: "Xıdır Nəbi Novruzdan 40 gün qabaq bu evlərə gəlirdi"

1 iyul 2024-cü ildən etibarən Oxu.az mobil tətbiqinin köhnə versiyasına dəstək dayandırılacaq - yenilənmiş versiyanı endirmək üçün Google Play və ya AppStore-a keçməyiniz xahiş olunur.



Qərbi Azərbaycan Xronikası layihəsi çərçivəsində sənətşünaslıq üzrə fəlsəfə doktoru Elçin Əlibəylinin təqdimatında "İrsimiz" rubrikasının növbəti buraxılışı hazırlanıb.
Oxu.Az xəbər verir ki, "Çillə günü süfrəyə nar qoyulmasının sirli mənası" adlı buraxılışda filologiya üzrə fəlsəfə doktoru Aytən Cəfərova Qərbi Azərbaycanda, eləcə də Dərələyəz elində qışa hazırlıq, qovurma tədarükü, çillə vaxtı bişirilən yeməklərdən söz açıb.
Bildirilib ki, Dərələyəz mahalının uzun soyuq qışa hazırlıq adətləri, qaydaları fərqli idi. Müxtəlif növ bitkilər qışı sağlam başa vurmaq üçün toplanırdı. Dərələyəz elinin qovurma tədarük ənənələri var idi. Şıppığaşı bu mahalın ən çox hazırlanan yeməyi olub.
Onun sözlərinə görə, Xıdır Nəbi Novruzdan 40 gün qabaq evlərə gəlirdi: "Çillə qarpızı kəsilərdi və onun simvolik mənası var idi. Çillə günü süfrəyə nar qoyulardı. Ərli qızın atası oğlan evinə müxtəlif hədiyyələr göndərərdi".
A.Cəfərova "Ev tökmə" mərasiminin gizli mənası, həmçinin çillə gecəsi qarpız kəsilməsi, qabığı ilə fala baxmaq adəti ilə bağlı maraqlı məqamlara aydınlıq gətirir.
Xatırladaq ki, Qərbi Azərbaycan Xronikası layihəsinin məqsədi tarixi torpaqlarımızın adının yaşadılması, tanıdılması, həmçinin azərbaycanlıların ermənilər tərəfindən deportasiyaya məruz qoyulmasından, həmin ərazilərdə mövcud olmuş, lakin adı silinən toponimlərin, saysız-hesabsız yeraltı və yerüstü maddi mədəniyyət nümunələri - qədim yaşayış məskənləri, nekropollar, kurqanlar, qala, saray və istehkam qalıqları, karvansaralar, körpülər, qəbirüstü sənduqələr, xaçdaşlar, at-qoç heykəlləri, məbəd, kilsə, məscid, pir və ocaqların üzə çıxarılması, həmin ərazinin təmiz oğuz-türk məskənləri olduğunu təsdiq edən faktların dünya ictimaiyyətinə çatdırılmasıdır.
Həmçinin Prezident İlham Əliyevin Qərbi Azərbaycanla bağlı dediyi "XX əsrin əvvəllərinə təsadüf edən xəritə bir daha onu göstərir ki, Qərbi Azərbaycan tarixi Azərbaycan diyarıdır, şəhərlərin, kəndlərin adları Azərbaycan mənşəlidir və biz yaxşı bilirik ki, indiki Ermənistan ərazisində tarix boyu Azərbaycan xalqı yaşayıb. İndi əsas vəzifə ondan ibarətdir ki, dünya ictimaiyyəti də bunu bilsin", - fikrini əsas tutaraq, Qərbi Azərbaycan İcmasının hazırladığı Qayıdış Konsepsiyasından irəli gələn vəzifələrin təbliğidir.
Bundan əlavə, Qərbi Azərbaycanla bağlı tarixçilərin, araşdırmaçıların düşüncələrini, deportasiyaya məruz qalmış şəxslərin həyat hekayəsini işıqlandırmaqdır.
Ətraflı Baku TV-nin süjetində:
Избранный
73
16
oxu.az

10Источники