RU

Əfsanəvi avtomobilə yeni nəfəs verildi

1 iyul 2024-cü ildən etibarən Oxu.az mobil tətbiqinin köhnə versiyasına dəstək dayandırılacaq - yenilənmiş versiyanı endirmək üçün Google Play və ya AppStore-a keçməyiniz xahiş olunur.



İngiltərənin "Boreham Motorworks" şirkəti 1970-ci illərin orijinal çertyojları əsasında "Ford Escort RS2000" avtomobilini yenidən yaradıb.
Oxu.Az xəbər verir ki, bu barədə championat.com məlumat yayıb.
Məlumata görə, "köhnə" yeni avtomobil "Ford Escort Mk1 RS Continumod" adlanır.
Avtomobil 150 ədəd buraxılacaq və qiyməti 295 min funt sterlinq olacaq (təxminən 372 min dollar).
Yaradıcılar qeyd edirlər ki, "Mk1 RS Continumod" orijinal avtomobilin dəqiq surəti deyil, müasir texnologiyalar nəzərə alınmaqla dəyişdirilmiş versiyasıdır. Belə ki, yeni məhsul gücləndirilmiş korpusa, eləcə də çəki azaltmaq üçün karbon panellərə malikdir.
Avtomobilin kapotunun altında beşpilləli mexaniki transmissiya ilə birlikdə 300 at gücündə 2.1 litrlik 4-silindrli mühərrik var.
Orijinal "Ford Escort" 1968-ci ildə təqdim edilib və "Ford T"dən sonra markanın ən çox satılan modeli oldu.
Избранный
65
50
oxu.az

10Источники