RU

Rusiyada zəlzələ oldu

Dekabrın 15-də səhər saatlarında Rusiyanın Kamçatka yarımadasında yerləşən Kronotsk körfəzində 5,4 maqnitudalı zəlzələ baş verib.   Manset.az xəbər verir ki, bu barədə Rusiyanın Fövqəladə Hallar Nazirliyinin Kamçatka vilayəti üzrə Baş İdarəsi məlumat yayıb. Məlumata görə, zəlzələnin episentri Milkovo kəndindən 135 kilometr şərqdə, yer qabığının 123 kilometr dərinliyində qeydə alınıb. Yeraltı təkanlar Petropavlovsk-Kamçatka, Vilyuçinsk şəhərləri və Yelizovsk rayonu ərazisində iki maqnitudalı titrəyişlər şəklində hiss edilib.

Hadisədən sonra sunami təhlükəsi elan olunmayıb.

Избранный
25
manset.az

1Источники