Türkiyəli futbolçu Arda Güler adını "Real Madrid"in tarixinə yazdırıb.
Bu barədə "CNN Türk" məlumat yayıb.
Məlumata görə, yarımmüdafiəçi İspaniya çempionatının "Rayo Valyekano" ilə görüşündə 2 məhsuldar ötürmə edib.
Beləliklə də, Güler cari əsrdə bir La Liqa matçında iki məhsuldar ötürmə ilə "Real Madrid"in ən gənc futbolçusu olub. Qarşılaşma vaxtı yarımmüdafiəçi 19 yaş 293 günlük idi.
Qeyd edək ki, matç dekabrın 14-də baş tutub və 3:3 hesabı ilə başa çatıb.
Mənbə: oxu.az