Paytaxtın Xətai rayonunda fəaliyyət göstərən idman klubunda ölümlə nəticələnən hadisə baş verib.
Yenisabah.az xəbər verir ki, məşq zamanı yeniyetmələrdən biri idman fəndindən sonra həyatını itirib.
Prosesi izləyən məşqçinin müdaxiləsinə baxmayaraq, yeniyetmənin həyatını xilas etmək mümkan olmayıb.
Mühafizə Xidmətinin əməkdaşı Əmir Əliyev İTV-yə bildirib ki, hadisə uşaqlar bir-birilə güləşən zaman qeydə alınıb:
"Biri digərini yerə yıxdı. Uşaqlardan biri yerdən durdu, o biri isə durmadı. Məşqçi həmin vaxt onların başının üstündə dayanaraq nəzarət edirdi".
Telegram kanalımız