Çeçenistanın paytaxtı Qroznıdakı OMON (polisin xüsusi məqsədli mobil bölməsi) bazasına təyyarə tipli dronlarla hücum edilib.
Publika.az xəbər verir ki, bu barədə Rusiya "Telegram" kanalları məlumat yayıb.
Məlumata görə, OMON-un bazası və ikinci alay hədəf alınıb.
Hücum nəticəsində bir neçə partlayışın baş verdiyi bildirilir.
Hadisə və onun nəticələri barədə rəsmi məlumat yoxdur.