Bu gün Azərbaycan Basketbol Liqasının 6-cı tura yekun vurulacaq.
Fanat.Az xəbər verir ki, turun son qarşılaşmasında "Quba" "Şəki"ni qəbul edəcək.
B qrupunda keçiriləcək görüşdə ev sahibləri qalib gələcəyi halda, qonaqlarla xal hesabınə bərabərləşdirəcək. “Şəki” 2 xal əldə edəcəyi halda isə liderlər qrupundan geri düşməyəcək.
Qeyd edək ki, əvvəlki qarşılaşmalarda "Naxçıvan" "Neftçi"ni (83:72), "Sabah" "Sərhədçi"ni (67:64), "Ordu" "Sumqayıt"ı (115:81), "Gəncə" "Lənkəranı" (94:66), "Abşeron" isə NTD-ni (89:75) məğlub edib.
Azərbaycan Basketbol Liqası
6-cı tur, B qrupu
15 dekabr
16:00. "Quba" "Şəki"
Şəki OİK
1. Gəncə 6 5 1 513-427 11
2. Ordu 6 4 2 550-483 10
3. Şəki 5 3 2 449-390 8
4. Lənkəran 6 2 4 439-517 8
5. Quba 5 2 3 424-424 7
6. Sumqayıt 6 1 6 461-552 6