Dekabrın 16-da Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu, arabir tutulacağı və əsasən yağmursuz keçəcəyi gözlənilir.
Bu barədə Referans.az-a Milli Hidrometeorologiya Xidmətindən məlumat verilib.
Cənub-qərb küləyi gündüz saatlarında mülayim şimal-qərb küləyi ilə əvəz olunacaq. Temperatur gecə 0-4°, gündüz 5-9° isti təşkil edəcək. Atmosfer təzyiqinin 767 mm civə sütunundan 761 mm-ə enməsi, nisbi rütubətin isə 50-55% olması proqnozlaşdırılır.
Bölgələrdə də əsasən yağmursuz hava müşahidə ediləcək. Lakin axşam saatlarında bəzi dağlıq ərazilərdə qısamüddətli yağıntılar, o cümlədən qar yağacağı ehtimal edilir. Bəzi yerlərdə duman olacaq, qərb küləyi isə ayrı-ayrı yerlərdə arabir güclənəcək.
Rayonlarda gecə temperaturu 0-5° şaxta, gündüz 3-8° isti olacaq. Dağlarda gecə 10-15°, yüksək dağlıq ərazilərdə isə 17-22° şaxta, gündüz 0-5° şaxta proqnozlaşdırılır.
- Ночной Режим
- Домашняя страница
- Статистика
- Источники
- Рейтинг
- Погода
- Валюта