RU

AĞIR YARALI CULANİNİ ÖLÜMDƏN BU ÖLKƏ XİLAS EDİB - 2019-cu ilin SİRRİ ÜZƏ ÇIXDI

2019-cu ildə Suriyanın İdlib şəhərində baş verən partlayış nəticəsində ağır yaralanan “Cəbhat ən-Nusra” təşkilatının lideri Əbu Məhəmməd əl-Culani Türkiyə tərəfindən xilas edilmişdi. Türk mənbələrinə əsaslanan xəbərə görə, Culani başından aldığı qəlpə yarası səbəbilə Antakya xəstəxanasına aparılmış, orada əməliyyat olunmuş və komaya düşmüşdü.

19 fevral 2019-cu ildə dərc olunan xəbəri olduğu kimi xatırladırıq: “Cəbhat ən-Nusra” təşkilatının lideri Əbu Məhəmməd əl-Culani Suriyanın İdlib şəhərində partlayış nəticəsində başından qəlpə yarası alıb. Bu barədə RİA Novosti agentliyinə türk mənbə məlumat verib.

 

 

Partlayış nəticəsində ağır yaralanan Əl Sulaninin Hatay vilayətinin Antakya şəhərində, dövlət xəstəxanasına yerləşdirildiyi deyilir. Məlumata görə, Əbu Məhəmməd başından əməliyyat olunub. Hazırda o, komadadır, vəziyyəti ağırdır. Qeyd edək ki, Dəməşq məhkəməsi Əbu Məhəmməd əl-Culani haqqında ölüm hökmü qərarı verib".

Türkiyənin rolu və Culani ilə əlaqələr

2014-cü ildə Türkiyənin “Cəbhat ən-Nusra” təşkilatını terror siyahısından çıxarması, ardınca isə 2019-cu ildə liderini ölümdən xilas etməsi Ankara ilə Culaninin isti münasibətlərin yarandığından xəbər verir.

İddialara görə, Culani son illərdəki fəaliyyətində Türkiyə Milli Kəşfiyyat Təşkilatı (MİT) rəhbəri Hakan Fidan ilə yaxın əməkdaşlıq edib və əsas addımlarını məhz onunla məsləhətləşib.

Culani, Suriyada Əsəd rejiminə qarşı ən güclü müxalif qüvvələrdən biri olaraq tanınır. Onun təşkilatı, xüsusilə İdlib bölgəsində, Əsəd rejiminin əsas düşmənlərindən biri kimi fəaliyyət göstərib. Bu fakt, Culaninin Türkiyə üçün bölgədə strateji bir alət kimi istifadə edildiyi iddialarını gücləndirir.

 

 

HTŞ-nin transformasiyası: Yeni ideologiya və sivilləşmə

2017-ci ildə Culani rəhbərlik etdiyi təşkilatın adını “Heyət Təhrir əş-Şam” (HTŞ) olaraq dəyişdi. Bu, yalnız ad dəyişikliyi deyildi, həm də təşkilatın ideologiyası və fəaliyyəti ciddi şəkildə yenidən formalaşdırıldı. İddialara görə, bu dəyişikliklərin arxasında Türkiyənin dəstəyi dayanır.

1. Yeni ideologiya:

• HTŞ əvvəlki radikal dini ritorikasından uzaqlaşaraq, daha çox siyasi məqsədli bir təşkilata çevrildi. Türkiyə bu dəyişikliyi dəstəkləyərək, təşkilatın beynəlxalq aləmdə qəbul olunmasını asanlaşdırmaq istəyirdi.

2. Sivilləşmə və imic dəyişikliyi:

• HTŞ döyüşçüləri dini-geyimlərdən mülki geyimə keçdi. Bu, təşkilatın radikal görüntüsünü yumşaltmaq üçün atılmış mühüm addımlardan biri idi. Mülki idarəçilik strukturlarının yaradılması ilə HTŞ bölgədə daha çox siyasi təsirə malik oldu.

3. Mülki idarəçilik:

• Türkiyənin məsləhəti ilə HTŞ Suriyanın İdlib bölgəsində “Mülki İdarəçilik Şurası” yaratdı. Bu qurum yerli əhalinin ehtiyaclarını qarşılayan inzibati bir struktur olaraq fəaliyyət göstərir.

Türkiyə və HTŞ: Strateji tərəfdaşlıq

Türkiyənin HTŞ-nin transformasiyasına verdiyi dəstək, Ankaranın Suriyadakı çoxvektorlu siyasətinin bir hissəsi kimi qəbul edilir. HTŞ-nin dəyişimi ilə Ankara Suriyada həm Əsəd rejiminə qarşı mübarizədə, həm də beynəlxalq terror siyahılarından çıxarmaq məqsədilə təşkilatın legitimliyini artırmağa çalışır.

 

 

Ankara və Orta Şərqdə müdrik siyasət

Əbu Məhəmməd əl-Culani və rəhbərlik etdiyi HTŞ-nin dəyişən mövqeyi, Türkiyənin Orta Şərqdə nə qədər incə işlədiyini göstərir. Ankara, bir tərəfdən beynəlxalq münasibətlərdə balansı qorumağa çalışarkən, digər tərəfdən bölgədə təsirini artırmaq üçün yerli qüvvələrlə strateji əməkdaşlığa önəm verir. Culaninin həyatı və HTŞ-nin transformasiyası bu siyasətin ən bariz nümunələrindən biridir.

Türkiyənin bu cür siyasəti, həm onun Suriyada mövcudluğunu gücləndirir, həm də beynəlxalq səhnədə ona mühüm üstünlüklər qazandırır. (musavat.com)

 

Избранный
68
50
turanpress.com

10Источники