İsrail Baş Təhlükəsizlik Xidmətinin (Şabaq) rəhbəri Ronen Bar və İordaniya Baş Kəşfiyyat İdarəsinin rəhbəri Əhməd Hüsni Suriyadakı vəziyyətlə bağlı gizli danışıqlar aparıb.
NOCOMMENT.az xəbər verir ki, bu barədə Axios portalı məlumat yayıb.
“Onlar Suriyadakı vəziyyəti, İsrail və İordaniyanın hazırda keçid hökumətini formalaşdıran silahlı müxalifətlə qarşılıqlı əlaqəsini müzakirə ediblər”, – məlumatda deyilir.
Bundan əlavə, qeyd olunur ki, tərəflər İrandan İordaniya vasitəsilə mümkün silah tədarükü məsələsini müzakirə ediblər.