RU

Azərbaycanda kənd təsərrüfatına ayrılan vəsait artırılır

Gələn il üçün dövlət büdcəsindən kənd təsərrüfatı sahəsinə 1 milyard 203 milyon 805 min 845 manat ayrılacaq.

Teleqraf.com xəbər verir ki, üçüncü oxunuşda parlamentə təqdim edilən layihədə kənd təsərrüfatı sahəsinə ayrılması nəzərdə tutulan vəsaitin həcmi 30 milyon manatdan çox artırılıb. Milli Məclisin birinci və ikinci oxunuşda qəbul etdiyi “Azərbaycan Respublikasının 2025-ci il dövlət büdcəsi haqqında” qanun layihəsinə əsasən, kənd təsərrüfatı sahəsi üçün 1 milyard 171 milyon 863 min 792 manat vəsait nəzərdə tutulmuşdu.

Qeyd edək ki, “Hesablama Palatasının 2025-ci il dövlət büdcəsi haqqında” qanun layihəsinə rəyində aqrar sahəyə davamlı olaraq subsidiyalar verildiyi halda, kənd təsərrüfatı üzrə əlavə dəyərin ÜDM-də payında müsbət dinamika müşahidə olunmadığı açıqlanıb. Bildirilir ki, 2017-ci illə müqayisədə 2023-cü ildə bitkiçilik sahəsinə verilmiş subsidiyalar 2,2 dəfə, 1 hektara düşən subsidiya 2,4 dəfə artmış, subsidiya vahidinə düşən bitkiçilik məhsulunun dəyəri isə 12,2% azalıb.

2025-ci ildə Aqrar Kredit və İnkişaf Agentliyinə 484,5 mln. manat subsidiya proqnozlaşdırılıb. Bu da 2024-cü ilin proqnozundan 41,6 mln. manat və ya 9,4% çoxdur.


Müəllif: Teleqraf.com
Избранный
47
teleqraf.com

1Источники