“Qalatasaray” klubda son mövsümü olacağı gözlənilən Fernando Musleranın yerinə qapıçı axtarışlarını davam etdirir.
Offsideplus.az xəbər verir ki, “sarı-qırmızılar” uruqvaylını digər cənubi amerikalı ilə əvəzləməyi düşünür.
İstanbul nəhəngi “Botofaqo”nun qapıçısı Con Viktoru transfer etməyi planlaşdırır. Bu barədə “Fanatik” nəşri məlumat yayıb.
Braziliyalı 7 milyon avro dəyərə malikdir.
Qeyd edək ki, qolkiperin hazırki komandası ilə 2027-yə qədər müqaviləsi var.