Bakı. Trend:
İtaliyanın Baş naziri Ciorcia Meloni, Livanda atəşkəsindəstəklənməsi mövzusunda ölkəsinin öhdəliyinə sadiq olduğunubildirib.
Trend xəbər verirki, bu barədə İtaliya Nazirlər Şurası məlumat yayıb. Ciorcia MeloniRomada səfərdə olan livanlı həmkarı Nəcib Mikati ilə görüşkeçirib.
Görüş zamanı Meloni, BMT-nin Livandakı sülhməramlı missiyasının(UNIFIL) İtaliya hərbi kontingentinin rolunun əhəmiyyətinivurğulayıb və hərbçilərin təhlükəsizliyinin təmin olunmasınınvacibliyini qeyd edib.
Həmçinin, Suriyadakı vəziyyət müzakirə edilib. İtaliyanın Başnaziri, Suriya birliyinin və ərazi bütövlüyünün qorunmasının,azlıqların müdafiəsinin təmin edilməsinin vacibliyini diqqətəçatdırıb.