RU

“Akşam” qəzeti: Fransa Afrikada “arzuolunmaz ölkə”yə çevrilib

Fransa Afrikadakı müttəfiqlərini tədricən itirir: keçmiş müstəmləkələrdə Parisin təsiri sürətlə azalır, fransızlar isə planetin ikinci ən böyük qitəsində “arzuolunmaz ölkənin” nümayəndələrinə çevrilirlər.

AZƏRTAC xəbər verir ki, bu barədə Türkiyənin “Akşam” qəzetinin Afrika dövlətlərində Fransanın təsiri mövzusundakı analitik məqaləsində deyilir.

Nəşr xatırladır ki, beş əsrlik müstəmləkəçilik siyasəti nəticəsində Fransa 19-cu əsrdə qitənin 35 faizinə, yəni 20-dən çox müasir Afrika dövlətinin ərazisinə nəzarət edən qüvvəyə çevirilib. “Bir vaxtlar dünyanın Böyük Britaniyadan sonra ikinci müstəmləkəçi dövləti olan Fransa 1960-cı illərdə Afrikadakı koloniyaların müstəqilliyini tanımaq məcburiyyətində qaldı, eyni zamanda 14 Afrika dövlətinin milli ehtiyatları üzərində nəzarəti saxladı və bu, Parisin neokolonial kursunun təzahürü oldu”, - deyə nəşr yazır.

Nəşrdə beynəlxalq təşkilatların hesabatlarına istinad edilir. Bu hesabatlara əsasən, Afrika dövlətlərindən Fransa xəzinəsinə daxil olan maliyyə vəsaitləri ildə 500 milyard dolları ötür.

Nəşr fransız müstəmləkəçilərinin Afrikada, Əlcəzair, Ruanda və bir sıra başqa ölkələrdə törətdiyi ən azı 2 milyon insanın ölümünə səbəb olan onlarla kütləvi cinayətə diqqət yönəldir. Qəzet vurğulayır ki, bu qanlı cinayətlərin xatirəsi bu gün də Afrikada yaşayır.

“Müasir geosiyasi proseslər fonunda çiçəklənməsi daha çox Afrikadakı müstəmləkələri ilə bağlı olan Fransa qitədə təsirini itirir ki, bu da Avropa ölkəsinin özündə də vəziyyətə təsir edir. Təkcə son üç ildə Mərkəzi Afrika Respublikası, Burkina-Faso, Mali, Niger və Çad hakimiyyətləri Fransanın mövcudluğundan imtina etmək istiqamətində addımlar atıb”, - deyə analitik materialda deyilir.

Nəşrdə qeyd edilir ki, Fransa hərbi bazaları hələ də Cibuti, Qabon və Kot-d'İvuarda mövcud olsa da, “bu ölkələrin də Parislə qarşılıqlı əlaqədən imtina etməsi üçün ilkin şərtlər var ki, bu, həm Afrika dövlətlərinin, həm də Fransanın özünün mətbuatında fəal müzakirə olunur”.

Qəzetdə bildirilir ki, Fransanın Afrikadakı təsirinin azaldılmasının çərçivəsi ordunun çıxarılması və dövlətlərarası təhlükəsizlik sazişlərinin ləğvindən çox daha genişdir: “Afrika ölkələri çoxqütblü dünyanın yaradılması məqsədilə keçmiş müstəmləkəçi dövlətlərin təsirindən tamamilə imtina etməyə çalışırlar”, – deyə məqalədə vurğulanır.

Избранный
21
50
yeniazerbaycan.com

10Источники