RU

Rusiya tankeri iki yerə bölündü - Ölən var + Yenilənib

Rusiyaya məxsus “Volqoneft-212” və “Volqoneft-239” tankerləri Kerç boğazında qəzalı vəziyyətə düşüb.

“Qafqazinfo” xəbər verir ki, bu barədə Rusiya mətbuatı məlumat yayıb.

Hadisə şahidlərinin sözlərinə görə, güclü dalğalar sahildən bir neçə kilometr aralıda gəmiləri vurub. Əvvəlcə dörd ton mazut daşıyan “Volqoneft-212” tankeri zədələnib. Bir saat sonra dalğalar “Volqoneft-239”a ziyan vurub. Tankerlərdən biri iki yerə bölünüb.

Regionun Fövqəladə Hallar Nazirliyinin Baş İdarəsi bildirib ki, gəmi heyətlərinin köməyinə Rusiyanın FHN-nin Mi-8 helikopteri göndərilib.

“Volqoneft-212”nin göyərtəsində 13, “Volqoneft-239”da isə 14 ekipaj üzvü olub. Hazırda xilasetmə və təxliyyə əməliyyatları aparılır.

“Volqoneft 212” gəmisinin səkkiz ekipaj üzvü sudan çıxarılıb, beş nəfərin xilas edilməsi davam edir.

Son məlumatlara görə, tankerlərdən biri quruya çıxarılıb. Bildirilib ki, tanker qəzaları nəticəsində mazut dağılmaları baş verib.

***

Rusiya Fövqəladə Hallar Nazirliyindən verilən məlumata görə, “Volqoneft 212” tankerindən 13 heyət üzvü təxliyə olunub, onlardan biri həyatını itirib.

Избранный
47
7
qafqazinfo.az

6Источники