RU

Şirin Təhlükə: Fruktoza Xərçəng Hüceyrələrini Artırır

Sadə dildə desək, qəbul etdiyimiz şəkərli içkilər və işlənmiş qidaların tərkibindəki fruktoza, qaraciyərdə parçalanaraq bəzi xüsusi molekullar – lizofosfatidilxolinlər (LPC) – yaradır. Bu molekullar qana qarışır və bədəndə asanlıqla hərəkət edir. Xərçəng hüceyrələri isə LPC molekullarını enerji və tikinti materialı kimi istifadə edirlər. Onlar bu molekullardan öz hüceyrə divarlarını qurmaq və çoxalmaq üçün istifadə edirlər. LPC molekullarının miqdarı nə qədər çox olarsa, xərçəng hüceyrələrinin böyümə və çoxalma sürəti bir o qədər artır.

Beləliklə, fruktoza qəbulu, bədəndə xərçəng hüceyrələrinin inkişafı üçün uyğun mühit yaradır. Alimlər hesab edirlər ki, yüksək miqdarda fruktoza istehlakı xərçəng xəstəliyinin inkişafını sürətləndirə, bu maddənin azaldılması isə xərçəngin qarşısını almağa kömək edə bilər. Xüsusilə xərçəng xəstələrinə fruktoza tərkibli məhsullardan çəkinməyi tövsiyə edirlər.

Heyvanlar üzərində aparılan təcrübələr də bu mexanizmi təsdiqləyib. Tədqiqatlar zamanı yüksək fruktoza tərkibli qida ilə bəslənən heyvanlarda xərçəng şişlərinin böyümə sürətinin bəzi hallarda iki dəfəyə qədər artdığı müşahidə olunub. Maraqlıdır ki, bu təsir yalnız bütöv orqanizm daxilində görünüb; təcrid olunmuş xərçəng hüceyrələrində isə hər hansı dəyişiklik qeydə alınmayıb.

Araşdırmalar həmçinin göstərir ki, fruktozanın xərçəng hüceyrələrinin metabolizminə təsiri ilə bağlı daha geniş elmi tədqiqatlar aparılmalıdır. Bu tədqiqatlar xərçəngin müalicəsi və qarşısının alınması üçün yeni yanaşmaların inkişaf etdirilməsinə təkan verə bilər.

Məhəmmədəli Həsənli
AzVision.az
Избранный
11
1
azvision.az

2Источники