Türkiyə çempionatından növbəti istefa xəbəri var. Cümə günü turun açılış oyununda debütant ''Bodrum''a 0:2 hesabı ilə uduzan ''Sivasspor''da Bülənt Uyğun dönəmi başa çatıb.
Komandanın qələbəsiz seriyası 5 oyuna yüksəlib və Uygunun istefası rəhbərlik tərəfindən qəbul olunub. Bu, təcrübəli mütəxəssisin bu klubdakı ikinci dönəmi idi. İlk dəfə Uyğun 2006-09-cu illərdə sivaslıları çalışdırmışdı. Həmin vaxt ''yiğidolar'' çempionluq uğrunda mübarizə aparmaqla çoxlarını təəccübləndirmiş və hətta Çempionlar Liqasının təsnifat mərhələsində də iştirak etmişdilər. Uyğunun 2-ci dönəmi bu ilin yanvarın 2-də start götürdü və 348 gün davam etdi. Bu müddət ərzində ''Sivasspor'' keçirdiyi 39 rəsmi oyundan 15 qələbə, 9 heç-heçə, 15 məğlubiyyətlə ayrılmış oldu.
Hazırda komanda 16 oyuna topladığı 18 xalla 12-ci pillədə qərarlaşıb. Artıq rəhbərlik məşqçi axtarışlarına başlayıb. Türkiyə mətbuatının yazdığına görə Uygunu əvəzləməyə əsas namizəd Ömər Ərdoğandı.
ƏLİ
- Ночной Режим
- Домашняя страница
- Статистика
- Источники
- Рейтинг
- Погода
- Валюта