RU

"Neftçi"dən getmək istədiyini dedi – Pessimistəm, heç nə alınmır

Kilan Lebon gələcəyi ilə bağlı gözlənilməz qərar verib.

Sent Martin yığmasının oyunçusu “Neftçi”dən getməyə hazırlaşır.

27 yaşlı hücumameylli yarımmüdafiəçi bu istəyi barədə klub funksionerlərini məlumatlandırıb. O, uğursuz mbvsüm keçirməsi səbəbindən Azərbaycanı tərk etmək niyyətində olduğunu söyləyib.

Lebon öznü göstərməyə çətinlik çəkdiyini, bu qeyri-müəyyənliyin nəvaxtadək davam edəcəyini bilmədiyini, yaxın gələcəklə bağlı pessimistliyə qapıldığını, kontraktını qarşılıqlı razılıq əsasında pozmağı düşündüyünü diqqətə çatdırıb.

Lebon 2023-cü ilin yanvarından ölkəmizdə legioner həyatı yaşayır. Onunla həmin vaxt 1,5+1 illik müqavilə bağlanıb.

Kilan Lebon Fransanın “Amyen-2” (2014-2016), “Paris-2” (2016-2018), “Şambli” (2017-2018), “Paris” (2018-2020), “Qazelek Ayaçço” (2019-2020), “Kretey” (2020), Niderlandın “Utrext-2” (2019), Bolqarıstanın “Beroe” (2020-2022) və Qazaxıstanın “Astana” (2022) klublarında çıxış edib.  (sportinfo.az)

Избранный
26
1
musavat.com

3Источники