RU

Dostlarla ünsiyyət sağlamlığınız üçün faydalıdır-Alimlər

Harvard Universitetinin alimləri müəyyən ediblər ki, dostların olmaması sağlamlıq üçün siqaretdən az təhlükəli deyil, The Telegraph yazır.
Tribunainfo.az The Telegraph-a istinadən bildirir ki,tədqiqatçılar müxtəlif insanlarda qan laxtasının əmələ gəlməsinin son mərhələsinə, onun stabilləşməsinə və qanaxmanın dayandırılmasına cavabdeh olan rəngsiz fibrogen zülalının səviyyəsini ölçmüşlər.

Orqanizmdə artan fibrogen səviyyəsinin həyat üçün təhlükəli olduğu qeyd edilir.

Mütəxəssislər müəyyən ediblər ki, tənha insanlarda dostları olan və qohumları ilə çox ünsiyyətdə olanlara nisbətən 20% daha çox fibrogen var. Alimlərin fikrincə, tənha insanlar daim stress altında olurlar ki, bu da bu zülalın səviyyəsinin artmasına səbəb olur. Tədqiqatçılar vurğulayırlar ki, eyni yüksək səviyyədə fibrogen siqaret çəkənlərdə də müşahidə olunur.

İmran Kərimli

Избранный
29
tribunainfo.az

1Источники