RU

TARİX İNSTİTUNDA ÖLÜMDƏN QAYIDAN XANIM ƏMƏKDAŞIN AİLƏSİ OD PÜSKÜRDÜ

Gül Ramilə Gülbaba qızının övladları İnstitutda analarına yaşadılan dəhşətlərdən bezərək "Təzadlar"a Açıq Məktubla müraciət göndəriblər... Xatırladırıq ki, "Təzadlar"ın saytının son buraxılışlarında Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Tarix və Etnologiya İnstitutunda xanım əməkdaşlara qarşı açıq şəkildə və institut direktoru Kərim Şükürovun gözü qarşısında baş verən təhdid və zor tətbiqetmə kimi qanunsuz əməllər barədə məlumat vermişik. Hansı ki, həmin məlumatlar təhdid və təzyiqlərin subyekti olan şikayətçi xanımların bu və ya digər formada göndərilmiş müraciətləri əsasında konkret fakt və sübutlara istinadla verilmişdir. "Media haqqında" Qanunda və Konstitusiyamızın söz və ifadə azadlığı tələblərinə uyğun olaraq jurnalist hüquqlarımızdan bəhrələnərək aza şəkildə bu faktları emal edərək dərcinə və ya yayımına şərait yaratmışıq. Biz bu məlumatları yayanda da kriminal elementləri korrektə edərək yayımını etmişik ki, sabah Azərbaycan CPM- nin tələblərinə uyğun olaraq bu informasiyalar hüquq mühafizə orqanları üçün istintaq materialı olmasın. Yəni, indi institutun üstümüzə təhdid və təhqirlə gələn elmi katibi Bəhmən Faziloğlu, İsmayıl Umudlu. Adilə Ağabəyova, direktor müavini İlqar Niftəliyev və başqaları etdikləri və yazdıqları şantajlarının arxasında nələrin durduğunu bilmirdilər. İndi özlərini qəhrəman kimi gözə soxaraq mediaya qarşı bu qarayaxma kampaniyasına start vermiş küyçülər bilməli idilər ki, biz bildiklərimizin heç yarısını yazmamışıq. Faktın çoxunu ehtiyatda saxlamışıq ki, belə şantajçılar və şərçilər, güzgüdə özlərinin eyiblərini görməyənlər meydan sulayanda, həddini aşanda onlara yerini göstərə biləcəyik. Axı biz belələrini çox görmüşük. Və niyə bu qalmaqallara gedirlər, bunu ötən yazıda qeyd etdik. Kərim Şükürov tezliklə başına gələnlərə şükür edib başına gələcəkləri göz önünə gətirməli olacaq. Təkrar deyirik, AMEA- nın onlarla institutu var, niyə yalnız Tarix İnstitutu daim çöp uzadılmış arı pətəyi olmalıdır?!

Beləliklə, aşağıdakı "Açıq məktubu" hər kəsin oxuması vacibdir. Xüsusən də direktor Kərim Şükürovun. Çünki bu məktub ona ünvanlıdır.

"Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Tarix və Etnologiya İnstitunun direktoru, cənab Kərim Şükürova

Hörmətli cənab direktor. Biz, Gül Ramilə Gülbaba qızının övladları olaraq, anamızın AMEA Tarix və Etnologiya İnstitutunda əmək fəaliyyəti dövründə məruz qaldığı psixoloji təzyiq, təhqir və qısnama hallarına dair Sizə müraciət edirik. Konkret olaraq, institutun Nəşriyyat şöbəsinin müdiri Elçin Cabbarov və həmin şöbənin digər əməkdaşı Adilə Ağabəyovanın davamlı və məqsədli şəkildə nümayiş etdirdikləri kobud davranışlar nəticəsində anamızın sağlamlığında ciddi problemlər yaranmış, o, ağır cərrahi əməliyyat keçirmiş və hazırda yataq şəraitində müalicə alır.

 Anamız uzun illər institutda səmərəli elmi fəaliyyət göstərmiş, kollektiv arasında hörmət və nüfuz qazanmış bir əməkdaşdır. Lakin son dövrdə yeni kadr təyinatından sonra, xüsusilə Elçin Cabbarovun rəhbərliyi altında onun sistemli şəkildə psixoloji təzyiqə, əsassız iradlara, kobud rəftara məruz qalması iş mühitində son dərəcə xoşagəlməz atmosfer yaradıb. Uzunmüddətli psixoloji gərginlik, mobbing və qısnama nəticəsində anamızın səhhəti ciddi şəkildə zərər görmüşdür. Mövcud vəziyyətin yaranmasında Elçin Cabbarovun davamlı və məqsədyönlü təzyiqi əsas rol oynayıb.

Sizdən xahiş və tələb edirik ki, yaranmış vəziyyətin ciddiliyini nəzərə alaraq, məsələni hərtərəfli araşdırasınız, müvafiq tədbirlər görəsiniz və bu kimi halların qarşısını almaq üçün zəruri addımlar atasınız. Anamız kollektivdə, ailəsində və ictimaiyyət arasında hörmətlə sevilir. Biz, övladları olaraq, onun iş yerində bu cür təzyiq, təhqir və mobbing hallarına məruz qalmasına biganə yanaşa bilmərik.

Ümid edirik ki, müraciətimiz diqqətlə qiymətləndiriləcək və lazımi tədbirlər görüləcəkdir.

Hörmətlə,

Gül Ramilə Gülbaba qızının övladları".

"Təzadlar"dan: redaksiyaya təqdim edilmiş bütün material və faktları, maddi sübutlar tərəfimizdən Baş Prokurorluğa təqdim olunacaq. Əlavə məlumat veriləcək.

"Təzadlar"ın Araşdırma Qrupu

XXX 

Xatırlatma: "Maddə 163. Jurnalistlərin qanuni peşə fəaliyyətinə mane olma

 163.1. Jurnalistlərin qanuni peşə fəaliyyətinə mane olma, yəni zor tətbiq etməklə və ya belə zor tətbiq etmə hədəsi ilə onları məlumat yaymağa və ya məlumat yaymaqdan imtinaya vadar etmə—

beş yüz manatdan min manatadək miqdarda cərimə və ya bir ilədək müddətə islah işləri ilə cəzalandırılır.

163.2. Eyni əməllər vəzifəli şəxs tərəfindən öz qulluq mövqeyindən istifadə etməklə törədildikdə—

üç ilədək müddətə müəyyən vəzifə tutma və ya müəyyən fəaliyyətlə məşğul olma hüququndan məhrum edilməklə və ya edilməməklə iki ilədək müddətə islah işləri ilə və ya bir ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır".

Избранный
36
tezadlar.az

1Источники