RU

ABŞ və Britaniya hərbi hava qüvvələri Yəməni bombaladı

ABŞ və Britaniya hərbi hava qüvvələri Yəmənin qərbində "Ənsarullah" hərəkatının husi üsyançılarına qarşı zərbələr endirib.

Teleqraf.com xəbər verir ki, bu barədə üsyançılara məxsus "Al Masirah" telekanalı məlumat yayıb.

Məlumata görə, Əl-Hodeyda əyalətinin Əl-Tuheit bölgəsindəki obyektlər atəşə tutulub. "Ənsarullah" tərəfdarları arasında itkilər barədə məlumat yoxdur.

Qeyd edək ki, Qəzza zolağında münaqişənin şiddətlənməsindən sonra "Ənsarullah" xəbərdarlıq edib ki, Fələstin anklavında əməliyyatlar dayandırılana qədər gəmilərin Qırmızı dəniz və Bab əl-Məndəb boğazı sularından keçməsinə icazə verməyəcəklər. Ötən ilin noyabrından husilər Qırmızı dəniz və Ədən körfəzində onlarla mülki gəmiliyə hücum ediblər. Bu addıma cavab olaraq Amerika səlahiyyətliləri Qırmızı dənizdə naviqasiya azadlığını təmin etmək və gəmiləri qorumaq üçün beynəlxalq koalisiya yaradıldığını və "Prosperity Guardian" əməliyyatına başladığını elan ediblər. Bundan sonra Böyük Britaniya və ABŞ silahlı qüvvələri mütəmadi olaraq Yəmənin müxtəlif əyalətlərində üsyançıların hərbi obyektlərinə zərbələr endirirlər.
Избранный
12
1
sherg.az

2Источники