RU

Karlo Ançelotti “Rayo Valyekano” ilə heç-heçəni şərh etdi

“Real”ın baş məşqçisi Karlo Ançelotti İspaniya La Liqasının 17-ci turunda “Rayo Valyekano” ilə səfər heç-heçəsini (3:3) şərh edib.

Arena.az “Marca” nəşrinə istinadən, italyan mütəxəssisin bu barədə fikrini təqdim edir:

“Biz hücumlar etdik, amma cərimə meydançasında səmərəliliyimiz yox idi. Müdafiədə etibarlılıqda da azacıq çatışmazlığımız vardı. Hesab 3:2 olana qədər çox yaxşı oynadıq. Qol buraxıldıqdan sonra sona qədər mübarizə aparmağa başladıq. Bu heç-heçə “Malyorka” (1:1) və “Las-Palmas”la (1:1) oyunlardan fərqlidir. Bu oyundan razı qaldım”, deyə Ançelotti vurğulayıb.

Əlavə edək ki, “Real” 0:2 hesabından geri-dönüş edərək 3:2 hesablı üstünlük qazansa da, qələbə hesabını qoruyub-saxlaya bilməyib.

İtalyan mütəxəssi həmçinin maraqlı eyhamı ilə də diqqət çəkib:

“Keçən il “Rayo”nu səfərdə məğlub edə bilməmişdik, amma La Liqanı qazandıq. 2025-ci il “Real” üçün əla il ola bilər. Bütün zədəli oyunçular meydana qayıtdıqda, komanda daha yaxşı çıxış edəcək”, deyə Karlo Ançelotti əminliklə bildirib.

Vacib xalların itkisi “Real”ın La Liqanın yarış cədvəlində 2-ci pilləyə düşməsi ilə nəticələnib. “Qaymaqlılar”ın hesabında 17 oyundan 37 xal var. La Liqaya 38 xalla “Barselona” başçılıq edir. “Rayo Valyekano” isə 16 oyundan 20 xalla yarış cədvəlinin 13-cü pilləsindədir.

Избранный
12
arena.az

1Источники