RU

Əsədin sərvəti təxmin edildi

Suriyanın keçmiş lideri Bəşər Əsədin ailəsinin aktivlərinin dəyərinin 12 milyard dollar olduğu bildirilir.

“Qafqazinfo” xəbər verir ki, bu rəqəm “The Wall Street Journal” (WSJ) tərəfindən açıqlanıb.

WSJ-nin məqaləsində qeyd olunur ki, Suriyanın keçmiş lideri mərhum atası Hafiz Əsədlə birlikdə kapitalı xaricdə gizlətmək üçün qohumlarından istifadə edib.

Ağ Evin keçmiş rəsmisi Endryu Tablerin sözlərinə görə, inqilabdan əvvəl onların pullarını yumaq üçün kifayət qədər vaxtları olub. “Onların həmişə “B” planı var idi və indi deportasiyaya yaxşı hazırlaşıblar”, - o, nəşrə bildirib.

Избранный
54
5
qafqazinfo.az

8Источники