RU

İsrail İrlandiyadakı səfirliyini bağlayacaq

...İsrailin xarici işlər naziri Gideon Saar ölkənin “ifrat anti-İsrail siyasəti” səbəbindən İrlandiyada səfirliyin bağlandığını açıqlayıb.

SİA-nın məlumatına görə, bu barədə bazar günü, dekabrın 15-də “The Times of Israel” yazır.

…İrlandiyanın İsrailə qarşı etdiyi antisemit hərəkətlər və ritorika yəhudi dövlətinin qeyri-qanuniləşdirilməsi və demonizasiyasına eləcə də ikili standartlara əsaslanır. İrlandiya İsraillə münasibətlərində bütün qırmızı xətləri keçib.

Bunu Saar bildirib.

Materialda qeyd edildiyi kimi, İsrail may ayında İrlandiyadakı səfirini ölkənin Fələstin dövlətini tanıması ilə əlaqədar geri çağırıb. Amma İrlandiya İsraildəki səfirini geri çağırmayıb.

“The Times of Israel” yazır ki, İrlandiya hökuməti keçən həftə Haaqa Beynəlxalq Cinayət Məhkəməsində İsraili “soyqırım”da ittiham edən Cənubi Afrikanın iddiasını dəstəkləyib.

Əli Babayev

Избранный
59
27
sia.az

10Источники