RU

Nihad İsmayılov: "Hər kəs məsuliyyətini anlayır"

“Hazırlığım yüksək səviyyədə davam edir. Məşq prosesi elə qurulub ki, həm taktiki, həm də fiziki hazırlığı yaxşılaşdırmaq baxımından tapşırıqlar verilir. Bilirik ki, bizi vacib oyunlar gözləyir. Çalışırıq ki, məşqdə daha çox tər tökək ki, oyunda bunun bəhrəsini görək. Hər kəs məsuliyyətini anlayır”.

İdman.biz xəbər verir ki, bunu AVRO-2026-nın əsas mərhələsinə hazırlaşan futzal üzrə Azərbaycan yığmasının üzvü Nihad İsmayılov deyib.

O, dekabrın 9-dan təlim-məşq toplanışı keçən komandanın hazırlığını dəyərləndirib: "Yer aldğımız qrupda mübarizəyə start verilib. İsveç doğma meydanda Yunanıstanı qəbul edib. Komanda şəklində izlədiyimiz bu görüşün favoriti skandinavlar hesab edilsə də, yekun bir qədər gözlənilməz olub. Meydan sahibləri oyunun əksər hissəsini hücumda keçirsə də, yunanların əks-hücumlarının qarşısını ala bilməyib. İsveçin imkan tapdıqca uzaqdan qapı istiqamətinə zərbələr endirdiyinin şahidi olduq. Ümumiyyətlə, rəqibimizi məşqçilərimiz analiz edib, oyun zamanı nələrə diqqət edəcəyimizi də deyəcək. Özümüz də müəyyən nəticələr çıxarmışıq. Doğma meydanda oynayacağıq. İstəyimiz həm azarkeşlərimizi sevindirmək, həm də rəsmi oyunlara uğurlu nəticə ilə start verməkdir. Azarkeşlərimizə səslənirəm, gəlin oyunu canlı izləyin, uğura doğru birgə addımlayaq”.

Qeyd edək ki, İsveç yığması ilə oyun dekabrın 17-də Bakı İdman Sarayında keçiriləcək. Saat 20:00-da start götürəcək görüş giriş biletsiz olacaq.

İdman.biz

Избранный
16
5
idman.biz

10Источники