RU

Qaqauzlar Moskvada bəyanat verdilər : “Heç nədən qorxmuruq...”

Bu il Qaqauziya muxtariyyətin bu il 30 ili tamam olur. 19 avqust 1990-cı ildə Xalq Konqresi Qaqauzların Moldovadan  müstəqillik bəyannaməsini qəbul etdi və 23 dekabr 1994-cü ildə Moldova Qaqauziyanın muxtariyyət hüququnu tanıdı.  Qaqauzlar XV əsrdən bəri ilk dəfə olaraq Moldova Respublikasının tərkibində muxtariyyət formasında da olsa, dövlətçilik əldə etdilər. 

Qaqauzlar Moldovanın cənubunda əsrlər boyu Qara dəniz bölgəsində yaşayan kiçik  xalqdır. Yaşayış yerlərini dəyişmədən əvvəlcə Valaxiyanı, sonra Moldova knyazlığını, sonra Osmanlı İmperiyasını, daha sonra uzun müddət  Rusiya İmperiyasının bir hissəsi olublar.  Rumıniyanın , sonra SSRİ-nin Odessa vilayətində, sonra Moldova Sovet Sosialist Respublikasının tərkibində yaşayıblar.  Bu mühüm tarix ərəfəsində Qaqauz muxtariyyətinin başkanı (rəhbəri) vəzifəsini tutan Yevgeniya Qutsul Rusiyadakı qaqauz diasporu ilə görüşüb. Musavat.com bu barədə “Komsomolskaya pravda”ya istinadən xəbər verir. 

Gutsul

Yevgeniya Qutsul  çıxışında  90-cı illərin əvvəlini  xatırladıb:  “Yuqoslaviyanın qanlı süqutu,  Abxaziya və Cənubi Osetiyada, Dağlıq Qarabağda qanlı hərbi münaqişələr, birinci Çeçen müharibəsi və Dnestryanıdakı münaqişələr hamının  yadındadır.  Moldova və qaqauz xalqları bütün dünyaya etnosiyasi münaqişənin həllinin unikal nümunəsini göstərdilər. Hökumətyönlü mətbuat daim bizə damğa vurmağa çalışır: “separatçılar”, “Kremlin agentləri”  deyirlər, guya biz Moldovanın milli təhlükəsizliyini  təhdid edirik. Moldova cəmiyyətini bizə qarşı çevirirlər. Moldovanın qeyri-legitim prezidenti xanım Sandu həyasızcasına və nümayişkaranə şəkildə  qanunları pozdu. O, hələ də başkanın hökumətin bir hissəsi olması üçün fərman imzalamayıb. Bunlar onun şəxsi ambisiyaları, şəxsi istəkləridir və bunu birbaşa deyir. Onlar artıq  çoxdan konstitusiyaya ayaqlarını siliblər, onlar artıq demək olar ki, bütün mümkün normaları pozublar”.

Qaqauziyanın rəhbəri  qeyd edib ki, qaqauz xalqı artıq tarix yazıb: “Bu gün biz burada, Rusiya Federasiyasının, Moskvanın mərkəzində dayanırıq və heç nədən qorxmuruq.   Biz artıq bütün bu Avropa demokratiyasını və dəyərlərini görmüşük. Biz bunu Gürcüstanda da görürük, Rumıniyada da görürük. Amma biz güclüyük, uğur qazanacağıq”. 

Coat

Tədbirdə iştirak edən Dövlət Dumasının sədr müavini Boris Çernışov Yevgeniya Qutsul və komandasının Qaqauziyanın hüquqları uğrunda mübarizəsini dəstəkləyib: “Mübarizə, ilk növbədə, Rusiyada ən yaxın adamları görənlər arasında sıx, qardaşlıq əlaqələrini qorumaq üçün vacibdir. Son seçkilərdə Rusiyadakı böyük Moldova diasporunun səsvermədə iştirak edə bilməməsi üçün hər şey edilib, onların daxili siyasətdəki, iqtisadiyyatdakı problemləri, korrupsiya qalmaqalları, Moldovada müstəqil medianın bağlanması cəhdi ilə əvəz olunması üçün hər şey edilir. Maya Sandu üçün Moldova Konstitusiyası pizzacıdakı menyu ilə təxminən eynidir. O, ölkəsini satmaq üçün bundan istifadə edir.  Qaqauziya rəhbərliyinin Moldova  hökumətə buraxılmaması, Moldovanın sadə vətəndaşlarının maraqlarına məhəl qoyulmaması siyasətini başa düşmürük və qəti şəkildə ona qarşı çıxacağıq.”

Musavat.com

  

Избранный
36
musavat.com

1Источники