RU

İnternet xətlərini çəkən işçilər maaşlarını ala bilmirlər

"Upsilon" MMC-nin bölgələrdə internet dirəklərinin basdırılması və kabellərin çəkilməsi işini görən işçiləri maaşlarını ala bilmirlər. Onlar 6 aydır ki, ödənişlərini almayıblar.
 
Moderator.az Xezerxeber.az-a istinadən məlumat verir ki, iddialara görə, şirkət 60-a yaxın işçinin əməkhaqlarını vermir və onları yalan vədlərlə gözlədir.
 
İşçilər deyirlər ki, onlara həvalə olunan işi vaxtında təhvil veriblər.
 
Məsələ ilə bağlı şirkətdən "Xəzər Xəbər"ə bildirilib ki, ilin sonunadək təhvil-təslim prosesi yekunlaşdırılacaq və işçilərin maaşları tam ödəniləcək.
 
Ətraflı süjetdə:

 

Избранный
20
5
moderator.az

7Источники