RU

Mayottada baş verən qasırğada ölənlərin sayı minlərlə ola bilər

Mayotta adasında tüğyan edən (Hind okeanında Fransanın xarici ərazisi) dağıdıcı “Çido” qasırğası nəticəsində ölənlərin sayı bir neçə minə çata bilər.

Bakıvaxtı.az xəbər verir ki, bu barədə BFMTV kanalı məlumat yayıb.

Mayottaya xilasedici qüvvə, eləcə də lazımi dərmanlar göndərilməsinə baxmayaraq, nəşr bildirib ki, fəlakət nəticəsində ən azı bir neçə yüz insan həlak olub, ölənlərin sayı isə minə, hətta bir neçə minə çata bilər.

Qasırğanın nəticələrinin aradan qaldırılması üzrə işləri arxipelaqa yollanan Fransanın daxili işlər və xarici ərazilər naziri Bruno Retaylo koordinasiya edəcək.

Избранный
45
17
bakivaxti.az

10Источники