RU

Türkiyə Kipr probleminə daha 60 il sərf etmək İSTƏMİR

“Ankara Yunanıstanın Londondakı Britaniya Muzeyindən Parfenon heykəllərinin Afinaya qaytarılması tələbini dəstəkləyir və Yunanıstan-Türkiyə münasibətlərinin yaxşılaşacağına ümid edir”.

Viral.az xəbər verir ki, bu sözləri Türkiyə Prezident Administrasiyasının Kommunikasiya İdarəsinin rəhbəri Fəxrəddin Altun “Ta Nea” qəzetinə müsahibəsində deyib.

O, Kipr probleminin həllindən də söz açıb və bildirib ki, nə Kipr türkləri, nə də Türkiyə daha 60 il itirmək istəmir. Onun sözlərinə görə, Yunanıstan və Türkiyənin mədəni irsinin qorunması və mühafizəsi daha çox əməkdaşlıq və qarşılıqlı rəğbət tələb edən məsələdir:

Son Yazılar:

“Başqa bir nümunə Egey dənizi ola bilər. Yunan ictimaiyyətinin Egey dənizinin təkcə Yunanıstanın mülkü olmadığını anlaması faydalı olardı. Türkiyə də uzun sahil xətti olan bu dənizin bir hissəsinə sahibdir və qanuni hüquqlara və həyati maraqlara malikdir. Belə bir anlayış həm də Egey bölgəsinin bütün problemlərinin beynəlxalq hüquqa uyğun olaraq sülh yolu ilə həllinə töhfə verə bilər.

Digər bir məsələ isə bizim müvafiq azlıqlara münasibətdir ki, bu da daha çox qarşılıqlı anlaşma tələb edir. Məsələn, Yunanıstandakı bizim azlıq öz seçdikləri dini liderlərin rəsmi tanınmasına, hüquqi və ya inzibati nəticələrdən qorxmadan öz etnik kimliklərini ifadə etmək azadlığına nail olmağa çalışır – sizin azlıqların Türkiyədə sahib olduğu azadlıqlar kimi”.

Kipr probleminin həllinə gəlincə, Altun bildirib ki, indi federal çərçivə ilə bağlı təxminən 60 illik nəticəsiz danışıqlardan sonra Kipr türkləri tükənmiş və köhnəlmiş federal modelə razılıqlarını geri götürüblər:

“BMT qeyd edib ki, tərəflər arasında ümumi əsas yoxdur, ona görə də nə BMT, nə də beynəlxalq ictimaiyyət qanuni olaraq hər iki tərəfin razılığını almayan nizamlanma modelində israr edə bilməz. Yerdəki reallığı nəhayət qəbul etməyin vaxtı gəlib. Reallıq budur ki, Kipr adasında iki ayrı xalq və iki ayrı dövlət var. Tarix bizə heç bir şübhə yeri qoymadan göstərdi ki, yalnız bu əsasda nizamlanma uğurlu ola bilər. Nə Kipr türkləri, nə də Türkiyə daha 60 il itirmək istəmir”.

Избранный
30
5
viral.az

9Источники