RU

Yuxu apnesini bitirəcək ixtira! Milyonlarla insana ...

Dünyada təxminən 100 milyon insan yuxu apnesindən əziyyət çəkir. İngiltərədə hazırlanan "dil stimullaşdırıcı implant" yuxu apnesi olan milyonlarla insana ümid bəxş edib. Cihaz xəstələrin gecə boyu daha yaxşı nəfəs almasına kömək etmək üçün dildəki sinirləri titrədir.

Ucnoqta.az xarici mətbuata istinadən xəbər verir ki, İngiltərədə yuxu apnesindən əziyyət çəkən iki xəstəyə gecə ərzində nəfəs almağa kömək etmək üçün dildəki sinirləri titrədən cihaz quraşdırılıb. Tibbi texnologiya şirkəti Nyxoah tərəfindən hazırlanan "Genio" adlı implant təxminən üç saat davam edən əməliyyatda xəstələrə quraşdırılıb.

Çənə altından açılmış 6 santimetrlik kisəyə yerləşdirilən implant xarici çiplə idarə olunur.

O, dildəki əzələləri idarə edən hipoqlossal siniri stimullaşdırır və xəstənin yuxu zamanı rahat nəfəs almasına şərait yaradır. Xəstələr smartfonlarındakı proqramdan istifadə edərək xəbərdarlıq səviyyəsini tənzimləyə bilərlər. 

Yuxu zamanı tənəffüsün dəfələrlə dayanmasına səbəb olan yuxu apnesinin ən çox görülən simptomlarına boğulma səsi, yüksək səslə xoruldama və tez-tez oyanmaq daxildir. 

Избранный
40
ucnoqta.az

1Источники