Gürcüstanda iqtidarın Avropa İttifaqı ilə danışıqları dayandırmasına etiraz edirlər.
Reyting.az yerli mediaya istinadla xəbər verir ki, mitinqçilər yenidən Rustaveli prospektini bağlayıb və parlamentin binası qarşısına toplaşıblar.
Məlumata görə, etiraz aksiyaları əvvəlcə Gürcüstan paytaxtının müxtəlif yerlərində keçirilib. Aksiyalarda gənclər, İspaniya futbol klublarının azarkeşləri, həmçinin Abxaziyada doğulmuş gürcülər iştirak ediblər. Rustaveli prospektində nəqliyyatın hərəkəti iflic olub.