Satışların ən sürətli və bazara yaxın qiymətə həyata keçirildiyi Hollandiyadakı Avropa TTF mərkəzində qazın orta qiyməti 2024-cü illə müqayisədə 2025-ci ildə 12% artaraq 1 MVt/saat üçün 38,8 Avroya bərabər olacaq. 1000 kub üçün bu qiymət 422 dollara təşkil edəcək.
Redaktor.az xəbər verir ki, bu barədə "Vedomosti" qəzeti Qiymət İndeksi Mərkəzinin (CPI) sorğu məlumatlarına əsaslanaraq yazır.
Əvvəlki sentyabr proqnozu ilə müqayisədə 2025-ci il üçün qazın qiyməti proqnozu 28% artırılıb. Sentyabrda ekspertlər gələn il Avropa İttifaqında qazın qiymətinin 1 MVt/saat üçün 30,3 avro və ya 1000 kubmetr üçün 329 dollar olacağını gözləyirdilər.
Sevinc İBRAHİMZADƏ